İnsanlara hürriyət, millətlərə istiqlal!

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub

245 07.07.2023 11:08 Hadisə A A

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasını pozduğuna görə, rayon sakini Ələsgər Soltanov saxlanılıb. Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili hüququ olmadan və eyni zamanda, narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.

Aşkarlanan xətalara görə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Ə.Soltanov məhkəmənin qərarına əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR