İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəstəkar Telman Hacıyev: “Rəmzimiz Üzeyir Hacıbəyovdur” – Fotolar

2013 18.09.2019 17:17 Mədəniyyət A A

“Üzeyir Hacıbəyov Azərbaycan və bütün dünya üçün böyük şəxsiyyyətdir. O, nəinki bəstəkar, alim, publisist, həm də böyük insandır, bütün əsrlərə nümunədir”. 

Bu sözləri bəstəkar, əməkdar incəsənət xadimi Telman Hacıyev Üzeyir Hacıbəyovun doğum günü və Milli Musiqi Günü ilə bağlı musavat.com-a danışarkən bildirib. 

Bəstəkar qeyd edib ki, Ü.Hacıbəyovun əsərləri Azərbaycan musiqisini bütün dünyada tanıdıb: “Üzeyir bəy qeyd etdiyim kimi təkcə dahi bəstəkar deyildi, həm də dahi insan idi. Çünki o, adi insanları gətirib sənətkar, ifaçı edib. Üzeyir bəyin təkcə “Arşın mal alan”, “Koroğlu” operasından danışmaq yetərlidir.  O, bu əsərləri təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya üçün yaradıb. Beləliklə yaratdığı incilər ilə Azərbaycan musiqisini bütün dünyaya tanıdıb, sevdirib. Bu mənada hesab edirəm ki, bizim rəmzimiz Üzeyir bəy Hacıbəyovdur”.

Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR