Bu gün Avropa Liqasında III turun oyunları keçirilib.
APA-nın məlumatına görə, I dövrənin son oyun günündə 12 qrupda 24 qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ” öz meydanında Kipr APOEL-i ilə bacarmayıb – 2:2. A qrupunun digər oyununda “Sevilya” “Düdelanj”ı qəbul edib. İspaniya təmsilçisi bu qarşılaşmada da qələbə qazanıb.
Qonşu Türkiyənin üç komandası da meydana çıxıb. “Beşiktaş” öz meydanında “Braqa”ya uduzaraq üç məğlubiyyətlə K qrupunun sonuncu pilləsində qalıb.
“Başakşəhər” ilk qələbəsini J qrupunun lideri “Volfsberq” üzərində qazanıb və 2-ci sıraya yüksəlib. “Trabzonspor” isə “Krasnodar”a uduzub.
Qeyd edək ki, növbəti turun görüşləri noyabrın 7-də baş tutacaq.
Avropa Liqası
Qrup mərhələsi
III tur, 24 oktyabr
A qrupu
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) – 2:2
Kintana, 13, Aylton, 59 – Medvedev, 29 (avtoqol), Hellenius, 45
23:00. “Sevilya” (İspaniya) – “Düdelanj” (Lüksemburq) – 3:0
Vaskes, 48, 75, El Haddadi, 78






