Bəşər Əsədə aid parlamentdə qondarma “erməni soyqırımı”nın tanınması müzakirə edilir
Bəşər Əsədi dəstəkləyən Suriya parlamentinin komissiyasında qondarma “erməni soyqırımı” məsələsi müzakirə edilir.
“Report” “lragir.am”a istindən xəbər verir ki, bunu Ermənistanda səfərdə olan B.Əsədə bağlı Suriya parlamentinin üzvləri Ömər əl-Ərəbi və Alan Bakeri söyləyib.
Məlumata görə, noyabrın 29-da onlar Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanovla görüşüblər. E.Şarmazanov bildirib ki, Ermənistan parlamenti Suriyadakı problemin dinc yolla həllinə tərəfdardır və müxtəlif beynəlxalq təşkilatların toplantılarında bu mövqedən çıxış edirlər.
Ömər əl-Ərəbi və Alan Bakeri isə qeyd edib ki, onların təmsil olunduqları parlamentin uyğun komissiyasında “erməni genosidi”nin tanınması məsələsi müzakirə olunur.






