İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər Əsəd rejimi BMT ekspertlərini Suriyaya buraxdı

425 19.08.2013 02:54 Dünya A A
BMT-nin ekspertlər qrupu kimyəvi silahdan istifadə olunması hallarını araşdırmaq üçün Suriyaya gedib. İsveçli alim Oke Selstremin başçılıq etdiyi mütəxəssislər qrupu gizli obyektlərdə inspeksiya üçün Bəşər Əsəd hökumətindən icazə ala bilib. Bundan əvvəl rəsmi Dəməşq belə icazəni verməkdən imtina edirdi.

Qeyd edək ki, şənbə günü Suriyanın hökumət qoşunları ilə qiyamçılar arasında yeni toqquşmalar qeydə alınıb. Sosial şəbəkələrdə İdlib və Dəməşq şəhərlərindəki hərbi bazanın partladılması kadrları yayılıb.

Son vaxtlar Suriyadan Şimali İraqa keçən qaçqınların sayı artıb. Qaçqınların hamısı Suriya kürdləridir. Onların bəziləri "Əl Nüsra cəbhəsi" silahlılarının əlindən xilas olub, bəziləri isə ərzaq, su çatışmazlığından qaçırlar.

Təxmini hesablamalara görə, İraqla sərhədi hər gün azı 7500 adam keçir. BMT-nin məlumatına görə, 2 milyona yaxın suriyalı ölkəsini tərk edib və Livan, İordaniya, Türkiyə kimi ölkələrə sığınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR