Putinin "Luqansk və Donetsk Respublika”larını müstəqil dövlətlər kimi tanıyan bəyanatından sonra dünya ölkələri rəhbərlərinin bir çoxu bəyanatı qınayıblar və qətiyyətli cavab verəcəklərini bildiriblər.
Lakin Putinin "Luqansk və Donetsk Respublika”larının müstəqilliyini tanımasını dəstəkləyənlər də olub.
Suriya prezidenti Bəşər Əsəd LXR və DXR-nin müstəqilliyini tanımağa hazır olduğunu bildirib.
Bundan başqa, Yəməndəki İran dəstəkli husilər, Abxaziya və Çeçenistan da Putinin bəyanatını dəstəkləyib.
Musavat.com






