İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏŞƏR ƏSƏD ERMƏNİSTANLA AZƏRBAYCAN ARASINDA VASITƏÇİLİK EDİR?

1568 24.11.2010 09:13 Qarabağ xəbərləri A A
AzərTAc-ın xəbərinə görə, telefon söhbəti zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. Azərbaycan və Suriya prezidentləri ikitərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Türkiyənin “Zaman” qəzeti isə xəbər verir ki, Suriya prezidentinin azərbaycanlı həmkarı ilə telefon danışığı Ermənistan parlamentinin spikeri Ovik Abramyanın Dəməşqə səfəri zamanı olub. Əsəd Ermənistan nümayəndə heyətini qəbul etməzdən əvvəl İlham Əliyevlə telefon danışığı aparıb. Daha sonra Ovik Abramyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Suriyanın Ermənistanla ənənəvi olaraq yaxın münasibətləri var. Bu ölkədə güclü erməni diasporu mövcuddur. Lakin son vaxtlar Suriya Azərbaycanla da əlaqələrini genişləndirir. Bəşər Əsəd Bakıya səfəri zamanı Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması üçün kömək göstərməyə hazır olduğunu bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR