İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdənin İH başçısı 700 bal toplayan tələbəyə hər ay öz maaşımdan təqaüd verəcək – 200 manat -FOTOLAR

4068 04.09.2015 13:42 Son xəbər A A

Ötən gün Bərdə rayon İcra Hakimiyyətinin başçısı ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirib. Görüşdə qeyd edilib ki, Bərdə rayonu üzrə bu il 384 tələbə müxtəlif ali məktəblərə daxil qəbul olub, onlardan 50 nəfər 500 baldan yuxarı, 30 nəfər 600 baldan yuxarı nəticə göstərib. 1 nəfər isə maksimum nəticə əldə edərək 700 bal toplayıb.
Bərdə rayon İcra Hakimiyyətinin rəhbəri Vidadi İsayev mədəniyyət evinin binasında keçirilən görüş zamanı qəbul imtahanında yüksək nəticə göstərən tələbələri təbrik edib, onları müxtəlif hədiyyələrlə mükafatlandırıb.
Qeyd edək ki, tələbələrin mükafatlandırılması zamanı maraqlı anlar yaşanıb. 
Əvvəlcə  icra başçısı 700 bal toplayan  Zərifə Əlieyeva adına orta məktəbin şagirdi, Bakı Ali Neft Məktəbinə qəbul olan Arzu Həsənlini təbrik edib. İcra başçısı tələbə qızdan nə cür hədiyyə istədiyini soruşub. Qız “İphone” markalı telefon istədiyini bildirib. İH başçısı A.Həsənliyə telefon almağı rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifova tapşırıb və o, tədbirə hazırlıqlı gəldiyindən dərhal hədiyyəni tələbəyə təqdim edib. 
Daha sonra V.İsayev tələbədən kompüteri olub-olmadığını soruşub və “xeyr” cavabı aldıqdan sonra  rayonun  polis rəisinə A. Həsənliyə yaxşı bir noutbuk almasını tapşırıb.
Bundan başqa, İH başçısı tələbənin uğur qazanmasında əməyi olan yaşlı nənəsinin trbunaya çağırıb və bələdiyyə sədrinə bu ailəyə maddi yardım göstərməsini tapşıraraq, deyib ki, ona 500 manat da pul yardım edilsin. 
V.İsayev özü isə 700 bal toplayan tələbəyə iki televizor bağışlayıb, qeyd edib ki, televizorlardan biri Arzu Həsənlinin ailəsinin yaşadığı evdə, digəri isə tələbənin qalacağı yataqxanada quraşdırılsın. İH başçısı təhsil aldığı müddət ərzində hər ay tələbəyə öz maaşından 200 manat təqaüd ayəracağını da bildirib.
Öz qələmini Arzu Həsənliyə bağışlayan rayon rəhbəri ona ali məktəbi qırmızı diplomla bitirməyi arzulayıb. 
Tədbir iştirakçılarından əldə etdiyimiz məlumata görə, 500 baldan yuxarı nəticə göstərən tələbələrə verilən hədiyyələr həmin məktəbin direktorları tərəfindən alınıb. Daha sonra hədiyyələr təqdim edilmək üçün icra başçısına verilib. 

Məğrur Salmanov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR