Bərdə rayonunda baş verən kütləvi davada bir nəfər ağır xəsarət alıb.
"Report"un Qarabağ Mərkəzinin könüllülərinin verdiyi məlumata görə, hadisə bir neçə nəfər arasında rayonun mal bazarında qeydə alınıb.
Hadisə zamanı Ağdam rayon sakini Vüsal İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı ətrafda olan insanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına, vəziyyəti ağır olduğu üçün daha sonra Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə göndərilib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.






