Bərdə rayonunda bədbəxt hadisə baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, idarəetmədən çıxan avtomobil su kanalına düşüb.
Bildirilir ki, avtomobilin sürücüsü həyat yoldaşını xəstəxanaya vaxtında çatdırmaq üçün nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib. Ancaq o, həyat yoldaşının artıq dünyasını dəyişdiyini müəyyən etdikdə, həyəcandan sükana nəzarəti itirib və avtomobil kanala düşüb.
Hazırda avtomobilin kanaldan çıxarılması və həyatını itirən qadınla sürücünün kimliyi araşdırılır.






