İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə 2 piyadanı avtomobil vurub: biri ölüb, digərinin vəziyyəti ağırdır - FOTO

594 12.11.2018 22:12 Hadisə A A

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan iki nəfəri - rayon sakinləri, 1992-ci il təvəllüdlü Şamo Hafiz oğlu Rüstəmovu və 1988-ci il təvəllüdlü Şamo Abid oğlu Yusubovu vurub. Ş.Rüstəmov hadisə yerində ölüb. Ş.Yusubov isə ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR