İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzin və dizel ilə işləyən avtomobillərlə bağlı YENİ QƏRAR – 2035-ci ildə qadağan EDİLƏCƏK

2414 09.06.2022 02:30 Texnologiya A A

Avropa Parlamenti 2035-ci ildən etibarən Avropa İttifaqı ölkələrində benzin və dizel mühərrikli avtomobillərin satışına qadağa qoyan qanun layihəsini dəstəklədiyini açıqlayıb.

Musavat.com Medianews.az-a istinadən xəbər verir ki, Strasburqda keçirilən AP Baş Assambleyası 2030-cu ilə qədər emissiyaları ən azı 55 faiz azaltmağı hədəfləyən “55’e Uyum-Fit for 55” paketi haqqında müzakirələr aparıb.

Avropa Parlamentinin üzvləri 339 “hə”, 249 “xeyr” və 24 “bitərəf” səsi ilə avtomobillərə gətiriləcək tənzimləmə ilə bağlı mövqelərini qəbul ediblər. Bu qərara əsasən  2035-ci ildən etibarən satılacaq yeni avtomobillər və yüngül ticari vasitələr sıfır emissiyaya sahib olacaq. Belə ki, qeyd olunan tarixdən etibarən Aİ ölkələrində yeni benzin və ya dizellə işləyən avtomobillərin satışı mümkün olmayacaq.

Bu mərhələdən sonra AP ilə üzv dövlətlər arasında tənzimləmə ilə bağlı danışıqlar da aparılacaq. Həmçinin Aİ 2050-ci ilə qədər bütün sektorları və nəqliyyat vasitələrini sıfır emissiya etməyi hədəfləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR