BENZİN BAHALAŞSA...
V.Bayramov Azərbaycanda benzinin maya dəyəri ilə satış qiyməti arasında fərqin olduğunu bildirir. Onun fikrincə, ölkədə benzinin satış qiyməti maya dəyərindən 2,7 dəfə çox olduğu üçün benzinin satışı rentabellidir. O baxımdan “avro-2" standartlarına keçilməsi benzinin maya dəyərinin kəskin artımına gətirib çıxarmayacaq: ”Eyni zamanda nəzərə almaq lazımdır ki, bu gün Avropada “avro-5" standartları tətbiq olunur. Hansı ki, ”avro-5" standartı ilə istehsal olunan benzinin orta qiyməti 1 avro təşkil edir. Mərkəzi Şərqi Avropa ölkələrində isə benzinin 1 litrinin qiyməti 1 avrodan da aşağıdır. Avropada benzinin qiymətinin bazar tərəfindən müəyyənləşdirildiyini nəzərə alsaq, bütün hallarda benzinin qiyməti onun istehsal xərcindən və ya maya dəyərindən çox olur. Yəni “avro-5" standartı ilə istehsal olunan benzinin qiyməti 1 avro təşkil edirsə, həmin benzinin istehsal xərci 1 avrodan aşağıdır. Digər tərəfdən, Amerikada ”avro" standartları tətbiq edilməsə də orada istehsal olunan benzinin keyfiyyəti “avro-5" standartına uyğundur. Həmin benzinin 1 litrinin qiyməti 70 sentdir”.
Ekspertin sözlərinə görə, “avro-2" standartı ”avro-5" standartı ilə müqayisədə xeyli zəifdir. Belə olan halda isə Azərbaycanda “avro-2" standartlı benzinin qiymətinin 1 manata çatdırılması iqtisadi baxımdan əsassızdır: ”Təcrübə göstərir ki, yüksək standartların tətbiqi benzinin maya dəyərinin kəskin artımına gətirib çıxarmır. Azərbaycanda hazırda benzinin qiymətinin artırılması üçün iqtisadi zəmin yoxdur. Əgər Tarif Şurası tərəfindən benzinin qiymətinin qaldırılması yönündə hər hansı qərar qəbul edilərsə, bu, iqtisadi faktorlarla əsaslandırıla bilməz".
V.Bayramovun sözlərinə görə, “avro-2" standartına keçid adı altında benzin bahalaşdırılarsa, bu, digər məhsulların da qiymətinin artırılmasına gətirib çıxaracaq. Çünki benzinin qiyməti digər məhsulların qiymətinə birbaşa təsir göstərir. Həmçinin bunun psixoloji təsirləri də olmamış deyil: ”İqtisadi zəmini olmayan qiymət artımları istehlak bazarında kəskin artımlara gətirib çıxara bilər. Ona görə də indiki halda benzinin qiymətinin artırılmasına nə iqtisadi əsas var, nə də bunu maya dəyərinin artması və ya xərclərin dəyişməsi kimi faktorlarla izah etmək mümkündür".