İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzema qol sayında əfsanəvi futbolçunu geridə qoyub

947 18.04.2022 11:08 İdman A A

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni nailiyyətə imza atıb.

"Report"un məlumatına görə, "Sevilya" ilə XXXII tur oyununun 90+2-ci dəqiqəsində fərqlənən 35 yaşlı hücumçu Madrid təmsilçisində La Liqadakı qol sayını 217-yə çatdırıb.

Beləliklə, fransalı forvard "kral klubu"nun əfsanəvi oyunçusu Alfredo Di Stefanonu geridə qoyub.

"Real Madrid"də La Liqadakı qol sayına görə rekord Kriştianu Ronalduya məxsusdur. Hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən hücumçu 311 dəfə fərqlənib. İkinci sırada isə Raul Qonsales (228 qol) qərarlaşıb.

Qeyd edək ki, "Real Madrid" "Sevilya"nı 3:2 hesabı ilə məğlub edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR