Benyamin Netanyahu: “İran yeraltı təsisatlarında uranı zənginləşdirir”
“İran bizim məhvimizi istəyir. İran hazırda yeraltı təsisatlarında uranı zənginləşdirir, plutonium üçün ağır su istehsal edir. İran nüvə başlıqları daşımağa qadir olan, qitələrarası raket əldə etməyə çalışır. Bu isə bütün dünya uşun bir təhlükədir”. “Media forum” saytının məlumatına görə, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu aprelin 27-də Xolokost qırğınına həs olunmuş mərasimdə çıxış edərkən deyib.
Netanyahu bildirib ki, Qərb İrana təslim olmamalı, dünya birliyi İrandan nüvə silahlarının istehsalını tamamilə dayandırmağı tələb etməlidir.






