İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır -torpaqları saxta sənədlərlə satıb  

851 01.03.2023 14:04 Kriminal A A

Cəlilabad rayonu, Privolnoye bələdiyyəsinin keçmiş sədri Qəmbər Məmmədov məhkəmə qarşısına çıxarılır.

Musavat.com xəbər verir ki, keçmiş bələdiyyə sədri 2015-2022-ci illər ərzində sənədləri saxtalaşdırmaqda təqsirləndirilir. Onun cinayət işi üzrə ibtidai istintaqı Cəlilabad rayon Prokurorluğu aparıb. İş materialları Cəlilabad rayon Məhkəməsinə göndərilib. Məhkəmədən bildirlib ki, yaxın günlərdə iş materialları hakim icraatına veriləcək.

Bələdiyyə sədri barədə prokurorluqdakı araşdırma kəndin sakini Əfqan Rzayev in ərizəsi əsasında başlanmışdı. Kəndli iddia edirdi ki, ona məxsus təsərrüfat təyinatlı torpaq sahəsi zəbt edilib. Prokurorluq bələdiyyə sədrinin fəaliyyətini araşdırmağa başlayıb və üzə çıxıb ki, Qəmbər Məmmədov 2015-ci ildən 2022-ci ilədək sənədləri saxtalaşdıraraq torpaqları satıb. O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə təqsirləndirilir.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR