Pasportun hər səhifəsində fərqli-fərqli heyvanların şəkli var. Pasportun səhifələrini tez-tez çevirdikdə hərəkət edən ceyran təsvirini görmək mümkündür. 6 ay əvvəl çap olunan pasportlar rəsmi sənəddən daha çox xatirə dəftərinə bənzədilir. Bu pasportlar dövriyyəyə buraxıldığı ilk gündən maraqla qarşılanmadı. Lakin şəkilləri internetdə yayımlandıqdan sonra ölkə əhalisinin diqqətini cəlb etməyə və insanları maraqlandırmağa başladı.
Finlandiya polisi pasportların səhifələrində heyvan şəkillərinin olmasının mənasını belə izah edib: “Pasportun səhifələrinin rəngli olması Finlandiyanın mədəniyyətini tərənnüm edir. Yeni pasportlar bizə təhlükəsizlik baxımından da kömək edir. Yəni bu pasportların saxtasını hazırlamaq olduqca çətindir”.






