İnsanlara hürriyət, millətlərə istiqlal!

Belə dərmanlardan uzaq durun! - Təhlükədən xəbəriniz yoxdur (VİDEO)

3340 21.07.2015 00:52 Yaşam A A


Arıqlamaq və ya kökəlmək üçün internetdən dərman sifariş verənlər çoxdur.Həkimlər bu məsələ ilə bağlı xəbərdarlıq edir. Belə dərmanlar səhhətinizə ziyan vura bilər.

Bəzi insanlar ucuz başa gəlsin deyə arıqlamaq və ya kökəlmək üçün həkimə müraciət etmədən internetin köməyindən istifadə edirlər.Onlar internetdə adlarını öyrəndikləri pəhriz dərmanlarının tərkibini bilmədən apteklərdən alaraq qəbul edirlər.Həkimlər isə həyəcan təbili çalır. Onlar tərkibi bilinmədən qəbul edilən dərmanların orqanizim üçün böyük təhlükə olduğunu bildirirlər

Həkimlərin sözlərinə görə tərkibi öyrənilmədən qəbul edilən dərmanlar bədənin eybəcər vəziyyətə düşməsinə və ağır xəstəliklərin yaranmasına səbəb ola bilər.Bu dərmanların uzun müddət qəbulu isə bədən sümüklərinin deformasiyaya uğramasına da gətirib çıxarır.

Bu problemlərlə qarşılaşmaq istəməyənlər isə mütləq həkim məsləhəti almalıdır. Arıqlamağın və ya kökəlməyin ən yaxşı yolu isə təbii vasitələrdən istifadədir. /Xezerxeber.com/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR