Belçikalı bir fermer bilərəkdən və ya bilməyərəkdən ölkəsi ilə Fransa arasında sərhəd problemi yaradıb.
Musavat.com BBC-yə istinadən xəbər verir ki, traktorla yer şumlayan fermer ona mane olan daşı kənara çəkərək, sərhədlərin dəyişməsinə səbəb olub. Həmin dəyişiklik yerli tarixçi tərəfindən fərq edilib. Ekspert daşın Fransa ərazisinin 2,3 metrliyinə qədər girdiyini görüb.
Fermerin bu təşəbbüsü Belçikanın hüdudlarını bir qədər genişləndirib. Hər iki ölkənin rəsmiləri bu xəbəri ilk öncə yumorla qarşılayıblar. “O, Belçikanı böyüdüb, Fransanı isə kiçildib. Bu, heç də yaxşı ideya deyil”,-deyə Belçikanın Erkelinnes David Lavo bildirib.
Qonşu fransız kəndinin icra nümayəndəsi isə tərəflərin yeni sərhəd müharibəsindən qaçmalı olduğunu deyib.
Yekunda fermerdən daşı əvvəlki yerinə qaytarmaq tələb olunub. Onun bundan imtina etməsi halında isə iş Belçika Xarici İşlər nazirliyinə gedəcək. Sonuncu isə öz növbəsində artıq 60 ildən çoxdur fəaliyyət göstərməyən Fransa-Belçika sərhəd komissiyasını çağırmalı olacaq.
Musavat.com






