İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus XİN: "Bakı metrosunda saxlanılan şəxsə qarşı hələ ki, ittiham irəli sürülməyib"

1658 27.03.2016 14:39 Ölkə A A
Martın 25-də Bakı metrosunda saxlanılan Belarus vətəndaşına qarşı hələ ki, ittiham irəli sürülməyib. Belarusun Azərbaycandakı səfirliyi məsələ ilə sıx məşğul olur.

"Report" xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Dmitri Mironçik bildirib.

O, Azərbaycan tərəfininin son dərəcə nəzakətlə davrandığını bildirib: "Səfirlik Belarus vətəndaşının tutulması barədə operativ şəkildə məlumatlandırılıb. Həmçinin səfirlik işçilərinin saxlanılan şəxslə görüşü təmin edilib, onun üçün dərhal tərcüməçi və vəkil xidməti təşkil olunub".

"Saxlanılan şəxsə qarşı hələ ki, ittiham irəli sürülməyib. Azərbaycan tərəfinin bizim səfirliyi operativ şəkildə məlumatlandırması faktı bizə bir sıra zəruri tədbirlər görmək imkanı verdi", — deyə D.Mironçik bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR