İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus müxalifəti səslərin yenidən sayılmasının və təkrar seçkilərin əleyhinədir

1464 15.08.2020 23:37 Dünya A A

Onlar ümumiyyətlə Lukaşenkonun hakimiyyətdən çıxıb getməsini istəyirlər

Belarusda prezidentliyinə keçmiş namizədlər səslərin yenidən sayılması və təkrar seçkilərin keçirilməsinə qarşı olduqlarını açıqlayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Svetlana Tixanovskayanın mətbuat katibi Anna Krasulina bəyan edib.

“Heç bir ikinci turdan və ya səslərin sayılmasından söhbət gedə bilməz. Çünki əlimizdə bülletenlərin yandırıldğı, topa şəkildə qutulara atıldığı fotolar, şahid ifadələri var. Biz bilirik ki lehimizə verilən bülletenlərin bir çoxu məhv edilib”, - deyə o söyləyib.

Anna Krasulina Svetlana Tixanovskayanın Belarusda daxili legitimləyə sahib olduğunu və dünya birliyinin onu prezident kimi tanıdığını iddia edib.

“Hər halda aydındır ki, Belarusun əvvəlki prezidenti seçkilərdə lazım olan səsi almayıb və o, mütləq getməlidir,” - deyə o qeyd edib.

Qeyd olunur ki, bundan öncə Svetlana Tixanovskayanın qərargahı ölkədə hakimyyətin ötürülməsi üçün koordinasiya şurasının formalaşdırılmasına başladığı barədə informasiya yayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR