İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus müxalifətçilərinin mənzilləri sahiblərinin razılığı olmadan hərraca çıxarıldı

401 15.02.2024 16:35 Dünya A A


Belarus müxalifətçilərinin daşınmaz əmlakı sahiblərinin razılığı olmadan hərraca çıxarılmağa başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” qəzeti məlumat yayıb.

Gələn məlumatlara görə, Belarusun rəhbəri vəzifəsinə keçmiş namizəd Valeri Tsepkalonun mənzili hərraca çıxarılıb. Siyasətçinin həyat yoldaşı qeyd edir ki, bu barədə onlara məlumat verilməyib.

 Onun sözlərinə görə, Minskdəki yaşayış sahəsi də ona və iki azyaşlı uşağına məxsusdur. Onları evsiz qoymaq qanunsuzluqdur. Bundan əlavə, Tsepkalonun həyat yoldaşı "mənzilin dağıdılması, eləcə də şəxsi əmlakın oğurlanması" ilə bağlı araşdırma aparılmasını tələb edir.

Qeyd edək ki Tsepkalonun ailəsi uzun müddətdir Belarusu tərk edib. Lukaşenko keçmiş rəqibini terror fəaliyyətində iştirak edən şəxslərin siyahısına salınıb. Apreldə məhkəmə onu korrupsiya işi üzrə qiyabi olaraq 17 il müddətinə azadlıqdan məhrum edib.

İyul ayında prezidentliyə digər keçmiş namizəd Svetlana Tixanovskayanın mənzili hərraca çıxarılıb. O da mühacirət etdi. Tixanovskayanın şəriki Pavel Latuşkonun əmlakına - torpaq sahəsinə, evinə və bank hesablarına həbs qoyulub. Həm Tixanovskaya, həm də Latuşko Belarusda terrorçular siyahısına əlavə edilib. Tixanovskaya qiyabi olaraq 15 il, Latuşko isə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Hərracda 2020-ci il seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi hesab edilən Viktor Babarikonun əmlakı da satılır. Keçmiş bankirin avtomobili, qol saatı və optik nişangahı hərraca qoyulub. 2021-ci ildə Viktor Babariko rüşvətxorluqda təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR