İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus hökumət İkinci Avropa Oyunlarına hazırlığı müzakirə edib

723 24.03.2017 21:02 İdman A A

Belarusun baş naziri Andrey Kobyakovun sədrliyi ilə 2019-ci il II Avropa Oyunlarının hazırlığı və keçirilməsi üzrə respublika təşkilat komitəsinin iclası keçirilib.

“Report” Belarus hökumətinin saytına istinadən xəbər verir ki, Oyunların keçirilməsi üzrə müqavilənin layihələri, idman proqramı, idman obyektlərinin tikinti və təmir işlərinin gedişatı nəzərdən keçirilib, media mərkəzin yerləşdirilməsi variantları müzakirə edilib.

İclasın yekununda 2019-cu ildə Belarusda keçiriləcək II Avropa Oyunlarının hazırlığı və keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib.

Qeyd edək ki, Birinci Avropa Oyunları 12-28 iyun tarixində Bakıda keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR