İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhram qalmaqallı videosundan danışdı: "Həmin şəxs məhəllə adamıdır və..."

1976 20.05.2022 15:06 Gündəm A A

Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabındakı tənqid edilən paylaşımına münasibət bildirib.

Bəhram Bağırzadə Teleqraf.com-a açıqlamasında həmin şəxsə kömək etdiyini açıqlayıb: “Özü çəkilişə razı idi, çəkiliş etdim və hallalığını alıb paylaşdım. Həmin şəxs məhəllə adamıdır və hər axşam kömək edirəm. Videonu şişirtdilər və bəzi insanlar nəsə axtarırlar. Bu, mənim “TikTok” platformasında layihəmdir”.

Belə ki, əməkdar artist küçədə duran bir şəxsə “Camaata məsləhətin nədir?” sualı ilə yaxınlaşıb.

Həmin şəxs isə əməkdar artistə “Sənə qurban olum, çəkmə. Camaata ancaq cansağlığı arzu edirəm. Nə deyim…Həyatda ancaq xeyir iş qalır. Allah hamıya xeyir işı qismət etsin”, - deyə cavab verib.

Bəhram Bağırzadə tənqidi fikirlərdən sonra videonu silib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR