İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhram Bağırzadə İrəvan haqqında kitab yazdı - FOTO

795 01.09.2022 16:22 Şou-biznes A A

Əməkdar artist Bəhram Bağırzadə uşaqlar üçün İrəvan haqqında kitab yazıb.

Musavat.com-un xəbərinə görə, bu barədə Əməkdar artist sosial şəbəkədə məlumat yayıb.

O, Fəvvarələr Meydanında aksiya keçirərək, kitabını baba və nənəsi  İrəvan şəhərində anadan olan uşaqlara payladığını bildirib:

“Fəvvarələr Meydanındakı kilsə qarşısında söz verdiyim aksiya keçirildi. Bu aksiyada “İrəvan uşaqlar üçün” kitablarımı baba və nənəsi İrəvan şəhərində anadan olan uşaqlara payladım. 200-ə yaxın uşaq gəldi və hər birinə kitabımı hədiyyə etməkdən məmnun oldum. Qoy onlar əcdadlarının yaşadığı qədim Azərbaycan şəhərlərinin tarixini oxusunlar, bilsinlər. Aksiya çox əyləncəli və mehriban keçdi və bütün uşaqlar Bəhram əmi ilə şəkil çəkdirdilər. Bütün balaca oğlan və qızlara tezliklə başlayacaq yeni tədris ilində uğurlar arzulayıram”.

Əməkdar artist yaxın günlərdə Hacı Zeynalabdin Tağıyevin abidəsi yanında keçiriləcək yeni aksiyanın anonsunu verib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR