İnsanlara hürriyət, millətlərə istiqlal!

Bədnam “Ayakve”nin əsas təşkilatçısı məhkəmə tərəfindən...

402 21.12.2023 18:08 Region A A

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi hakim Mnatsakan Martirosyanın sədrliyi ilə bu gün, dekabrın 21-də Avetik Çalabyana qarşı hökm çıxarıb.

Musavat.com xəbər verir ki, məhkəmə Çalabyanın azadlığının 1 il 11 ay 5 gün müddətinə məhdudlaşdırılmasına qərar verib.

Məhkəmə, həmçinin Çalabyanın davranışına nəzarət edən səlahiyyətli orqanın razılığı olmadan yığıncaqlarda və digər ictimai tədbirlərdə iştirakını, habelə müəyyən yerdə olmasını yasaqlayıb.

Qeyd edək ki, Çalabyan Ermənistanda qatı revanşist siyasətçilərdən sayılır. O, Qarabağın Azərbaycanın tərkibində tanınmasını qanunvericilikdə cinayət hesab edilməsini nəzərdə tutan bədnam “Ayakve” təşəbbüsünün əsas təşkilatçısıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR