İnsanlara hürriyət, millətlərə istiqlal!

BDU-nun zəhərlənmədən ölən tələbəsi dəfn olundu - FOTO/VİDEO

1319 24.11.2019 17:59 Hadisə A A

BDU-nun zəhərlənmədən ölən tələbəsi dəfn olundu - FOTO/VİDEO
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən tələbə dəfn olunub.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, 20 yaşlı Xasmətova Şəkər Faiq qızı doğulduğu Qusar rayonunun Xurel kəndindəki qəbirstanlıqda torpağa tapşırılıb.

BDU-nun Fizika fakültəsinin IV kurs tələbəsi olan Ş.Xasmətova noyabrın 21-də dünyasını dəyişsə də, atası Faiq Xasmətov ölkədə olmadığı üçün dəfn gecikib.

Qeyd edək ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qız aşkarlayıblar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR