İnsanlara hürriyət, millətlərə istiqlal!

BDU-nun jurnalistika fakültəsinin dekanı insult keçirdi

1523 03.02.2016 13:04 Ölkə A A

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev insult keçirib.
 
Modern.az-ın məlumatına görə, bu barədə Şamil Vəliyevin yaxınları məlumat verib. 
 
Ötən gecə dekanın səhhəti pisləşib və təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, insult keçirib. Xəstəxanadan isə bildirilib ki, Şamil Vəliyevin vəziyyəti stabildir. 

“Bundan başqa heç bir məlumat verə bilməyəcəyik”. 

Qeyd edək ki, professor, filologiya elmləri doktoru, əməkdar jurnalist Şamil Vəliyev 2012-ci ildən Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin dekanıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR