İnsanlara hürriyət, millətlərə istiqlal!

BDU-nun gənc dosenti Türkiyədə beynəlxalq konfransda sədrlik edib

1339 11.04.2019 16:49 Son xəbər A A

Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı Türkiyədə keçirilən ERASMUS Beynəlxalq Akademik Araşdırmalar Simpozyumunda iştirak edib. BDU-dan verilən məlumata görə, 6-7 aprel tarixlərində İzmir şəhərində düzənlənən tədbirdə 30-a yaxın ölkənin 80-dən çox universitetindən 400 nəfərə yaxın araşdırmaçı qatılıb. 

Beynəlxalq Simpozyumda ölkəmizi təmsil edən Ələmdar Cabbarlı “Ünlü Azərbaycan ozanı Dədə Şəmşirin yaradıcılığında türk dastançılıq ənənələri” mövzusunda məruzə ilə çıxış edib. Eyni zamanda Ələmdar Cabbarlı Simpozyumun İdarə Heyəti tərəfindən Filologiya Bölməsinin sədri (Oturum başkanı) seçilib və həmin bölmənin iclaslarına sədrlik edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR