İnsanlara hürriyət, millətlərə istiqlal!

BBC BOKSDA RÜŞVƏT İTTİHAMININ DƏLİLLƏRİNİ TƏQDİM ETDİ

13105 12.10.2011 09:56 Gündəm A A

BBC bildirir ki, ötən həftə AİBA rəsmisi Tom Virgetslə əlaqə saxlayıb və ona aşağıdakı sənədləri təqdim edib:

  1. Verilişin yazılı mətni.
  2. İvan Xodabəxşlə müsahibənin tam mətni.
  3. Birbaşa mənbələr və digər müsahiblərlə danışıqlardan efirə çıxarılmayan müsahibələr.
  4. AİBA, WSB və Azərbaycana qarşı iddiaların vaxtına dair məlumat.
  5. İvan Xodabəxş, Ho Kim və Azərbaycan rəsmiləri arasında email yazışmaları və müqavilə layihəsi.

İvan XodabəxşBBC həmçinin eyni materialları Beynəlxalq Olimpiya Komitəsinin Etika Komissiyasına da göndərib. Qızıl medal əvəzində Azərbaycandan 9 milyon ödənməsinə dair iddiaları səsləndirən birbaşa mənbələr AİBA-nın məsələ ilə bağlı təyin etdiyi istintaq panelinin rəhbəri Tom Virgetslə əməkdaşlığa hazır olmadıqlarını deyiblər. Onlar buna onun investisiya müqaviləsini imzalayan Çinq-Kuo Vu tərəfindən seçildiyini əsas gətiriblər. Birbaşa mənbələr deyib ki, belə bir müqavilə imzalayan cənab Vunun istintaqı kimin aparacağını müəyyənləşdirməsi düzgün olmazdı. Ancaq onlar BOK-un Etika Komissiyası ilə şərtlərdən asılı olaraq əməkdaşlıq edəcəklərini deyiblər. BBC-nin Newsnight proqramı Azərbaycanın Boks üzrə Dünya Kuboku - WSB (World Series Boxing) beynəlxalq boks təşkilatına milyonlarla dollar gizli ödəniş etdiyini aşkara çıxarıb. Məlumatlı mənbələrə görə, WSB rəhbəri iddia edib ki, bu pullar Azərbaycan boksçularının London 2012 Olimpiada Oyunlarına iki boks medalı qazanmasına təminat əvəzində verilib.
Ötən həftə Çinq-Kuo Vu demişdi ki, BBC nümayəndələri səslənən ittihamlarla bağlı AİBA-ya fakt təqdim etməyib: “Bu səbəbdən təhqiqat komitəsi BBC nümayəndələri ilə əlaqə saxlamır”. BBC-yə təqdim olunan sənədlərdə göstərilir ki, AİBA üzvləri ilə investisiya müqaviləsi imzalanıb və həmin müqavilə AİBA-nın WSB qurumunun baş əməliyyat rəisi İvan Xodabəxş tərəfindən Azərbaycan hökumətində işləyən adama göndərilib. Sənəddə 10 milyon dollarlıq bir müqavilənin mövcud olduğu və bu məbləğdən 9 milyonunun artıq WSB-ə ödəndiyi göstərilib. Müqaviləni imzalayan İsveçrədə fəaliyyət göstərdiyi deyilən azərbaycanlı investordur. BBC investorun kimliyini açıqlamasa da onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlılığını bildirmişdi. Belə ki, Heydərov bu sövdələşmədə mərkəzi rol alıb və WSB-dən onun başçılıq etdiyi nazirliyə pulun köçürülməsi ilə bağlı bir neçə dəfə emaillər göndərilib. Bu qalmaqalın hələ bir müddət davam edəcəyi gözlənilir. ABŞ-ın nüfuzlu “The Foreign Policy” jurnalı da qalmaqalla bağlı ayrıca araşdırma aparıb, jurnal yazıb ki, pulların WSB-yə köçürüldüyü dəqiqdir, ancaq onun mənbəyinin şəxsən K.Heydərov və ya Azərbaycan hakimiyyəti olduğuna dair sübut yoxdur. Bununla belə, jurnal vurğulayıb ki, əgər rüşvət qalmaqalında adı keçənlər obyektiv nəticəyə nail olmaq istəyirsə, müstəqil araşdırma tələb etməlidir. Çünki indiki halda AİBA elə ona qarşı irəli sürülmüş ittihamı araşdırır və belə araşdırmanın nəticəsinə etibar etmək olmaz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR