Tompsonun dediyinə görə, bu planın əsas məqsədi kanalın işində keyfiyyət amilini yüksəltmək və yayıma büdcədən daha çox pul ayırmaqdan ibarətdir. Şirkət rəhbəri qarşıdakı beş ildə 2 min nəfərin işindən azad olunacağını desə də, heç bir kanalın bağlanmayacağını diqqətə çatdırıb.
Baş direktor həmçinin gələcəkdə BBC- Üçüncü kanalının 1000 nəfər heyətlə birgə Londondan Selford şəhərinə köçürüləcəyini bildirib. Şirkətin əsas kanalı olan BBC News kanalı isə 800 nəfər' yaxın müxtəlif vəzifələri tutan əməkdaşı ilə vidalaşmalı olacaq. Kanal yalnız ən vacib və gündəmdə olan dünya xəbərləri ilə məşğul olaraq, incəsənət, mədəniyyət və elmə daha az yer verəcək (ANSPRESS).






