Dekabrın 14-də Ermənistanın əsirliyindən azad edilmiş hərbçimiz Bayram Kərimov da artıq evlərinə yola salınıb.
Musavat.com xəbər verir ki, hərbçilərimiz əsirlikdən qaytarıldıqdan sonra 14 gün karantində saxlanılıblar.
Bu müddət başa çatdıqdan sonra Bayram Kərimov yaşadığı Gəncə şəhərinə yola salınıb.
Qeyd edək ki, bu gün Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizdən Dilqəm Əsgərov və Amin Musayev də evə buraxılıb.
Musavat.com






