İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayonndakı məscidə hücum edən şəxs Notr-Damdakı yanğının qisasını almaq istəyirmiş

326 30.10.2019 00:51 Son xəbər A A

Fransanın Bayon şəhərindəki məscidin qarşısında iki nəfəri yaralayan yaşlı şəxs Notr-Dam kilsəsində baş verən yanğının qisasını almaq istəyirmiş.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Bayon şəhərinin prokuroru Mark Marye deyib.

M.Marye bildirib ki, 84 yaşında bir kişi Bayon şəhərində məscidin qapısına odlu silahdan atəş açmaq istəyərkən onu dayandırmağa çalışan iki nəfəri yaralayıb. Silahlı daha sonra polislər tərəfindən saxlanılib.

Prokurorun sözlərinə görə, saxlanılan şəxs Notr-Damdakı yanğının müsəlman icmasının nümayəndələri tərəfindən təşkil olunduğuna əmindir və bunun qisasını almaq istəyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR