İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin rəqiblərini nüvəsizləşdirmək siyasətində gizlinlər... - deputatdan şərh

433 06.05.2021 09:10 Siyasət A A

ABŞ Şimali Koreya ilə diplomatik əlaqələr qurmaq üçün danışıqlara hazırdır, amma yarımadanı nüvəsizləşdirmək istəyir

ABŞ dövlət katibi Şimali Koreya ilə diplomatik əlaqələr qurmaq istiqamətində danışıqlar aparmağa hazır olduqlarını bildirib. “Yeni Müsavat” xatırladır ki, bu proses keçmiş prezident Donald Trampın dövründən başlayıb.

Amerika Şimali Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün Pxenyanla diplomatik əlaqələr qurmağa hazır olduğunu deyib. “İndi sahib olduğumuz şey Şimali Koreya ilə açıq və araşdırılacaq diplomatiyadır. Bu, ABŞ-ın, müttəfiqlərimizin və qüvvələrimizin təhlükəsizliyini artıran praktiki irəliləyiş üçün açıq və kalibr edilmiş praktiki bir yanaşma tələb edən bir siyasətdir” - ABŞ dövlət katibi Entoni Blinken deyib.

ABŞ eyni zamanda İranın nüvə dövləti olmaması üçün çalışır. Ona bu istiqamətdə İsrail də yaxından köməklik edir. Nüvə üzrə ixtisaslaşmış iranlı alimlərin müəmmalı ölümləri, bəzilərinin terrorla aradan götürülmələri, nüvə obyektlərində qəzaların baş verməsi və s. bu siyasətin bariz nümunəsi kimi qiymətləndirilir. Bəs ABŞ bəzi dövlətlərin nüvəsizləşdirilməsini niyə istəyir? Bu, səmimi şəkildə bəşəriyyətin keşiyində dayanmaq üçündürmü, yoxsa öz maraqlarını güdür?

O da var ki, ABŞ Şimali Koreya siyasətində korrekt davranır, təzyiq üsulunu seçmir, diplomatik əlaqələr qurmaqdan danışır. Görünür, Ağ Ev nüvə ölkələri ilə yumşaq leksikonda danışmağa üstünlük verir.

Ağ Evin Pxenyanla diplomatiya planını açıqlamasından sonra Şimali Koreya ABŞ-a “çox ağır bir vəziyyətlə” qarşılaşacağı barədə xəbərdarlıq verərək, prezident Co Baydenə hücum edib.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinin ABŞ-la bağlı işlər üzrə departamentinin baş direktoru Kvon Çon Qun ABŞ-ın yanaşmasını Koreya Xalq Demokratik Respublikasına qarşı “düşmənçilik əməllərini ört-basdır etmək üçün saxta lövhə” adlandıraraq rədd edib. Vaşinqton Pxenyan siyasətini bu şəkildə davam etdirməklə yarımadanın nüvəsizləşdirilməsinə nail ola biləcəkmi? Rəqiblərini nüvəsiz qoymaq Amerikaya nə üçün lazımdır?

Elman Nəsirov: “YAP-ın heç bir deputatı təlimat alıb çıxış etmir” -  MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri

Elman Nəsirov: “Şimali Koreyanın təhlükəsizliyinə təminat olmalıdır, sanksiyaların ləğvi gündəmə gəlməlidir, adı ”terrorçu dövlətlər" siyahısından çıxarılmalıdır ki, Pxenyan da razılıq versin"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, 1968-ci ildə imzalanmış nüvə silahının yayılmaması haqda konvensiyaya əsasən öhdəliklər var: “Bu konvensiyaya qoşulan və nüvəyə malik ölkələrin öhdəliklərindən biri elə bu silahın yayılmasının qarşısını almaqdır. Söhbət BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən gedir, ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa... Bu ölkələr nüvə silahının yayılmaması üçün xüsusi öhdəliklərlə çıxış edirlər. Amma nüvə dövlətlərinin sayı xeyli genişlənib. İsrail, Hindistan və Pakistan nüvə silahına malikdir, eyni zamanda Şimali Koreya nüvə silahını sınaqdan uğurla keçirdikdən sonra ona sahiblənib.

İndi təhlükəli olan məsələ budur ki, zəif dövlətlərin nüvə silahına malik olması qlobal fəlakətə gətirib çıxara bilər. Aydın məsələdir ki, nüvə dövlətləri bir-birinə qarşı müharibəyə başlaya bilməzlər, tərəflər məhvə məhkum olarlar. Ancaq zəif dövlətlərdə nüvə silahı İŞİD və bu kimi terror təşkilatlarının əlinə keçə bilər. Bu terror qrupları isə məhv olmaqdan çəkinmirlər".

E.Nəsirov hesab edir ki, bu səbəbdən nüvə silahı rəsmi Vaşinqtonu narahat edən qlobal məsələlərdən biridir: “Digər məqam ondan ibarətdir ki, kimin nüvəsi varsa, ona hücum edə bilməzlər, çünki qarşı tərəf istifadə edə bilər. Ona görə Şimali Koreyaya qarşı indiyə qədər sanksiyalar tətbiq olunub. ABŞ-ın yeni administrasiyası isə indi Şimali Koreyanın nüvədən imtinası və bu ölkə ilə diplomatik danışıqlar xəttini tutub. Amma bunun necə mümkün olacağı çətin görünür.

What's In Store for Nuclear in a Biden Administration

İlk növbədə Şimali Koreyanın təhlükəsizliyinə qarantiya olmalıdır, sanksiyaların ləğvi gündəmə gəlməlidir, ABŞ tərəfindən ölkənin adı “terrorçu dövlətlər” siyahısından çıxarılmalıdır ki, Pxenyan da yarımadanın nüvəsizləşməsinə razılıq versin. O baxımdan çox mürəkkəb danışıqlar gözlənilir. Şimali Koreya həm siyasi-iqtisadi, həm hərbi təhlükəsizliyinə qarantiya aldıqdan sonra Vaşinqtonun istəklərinin reallaşmasına imkanlar yarana bilər".

Qeyd edək ki, nüvə silahı XX əsrdə dünya elminin kəşf etdiyi ən dağıdıcı silahdır. Real hərbi əməliyyatlarda bu silahdan yalnız bir dəfə - 1945-ci il avqustun 6-sı və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində istifadə olunub. ABŞ təyyarələrinin Yaponiyanı sülhə təhrik etməsi üçün bu dəhşətli silahı tətbiq etməsi nəticəsində 300 min insan həlak olub. Tarixdə nüvə silahından könüllü imtina edən dövlətlər də var. Məsələn, Lissabon protokoluna əsasən, Ukrayna, Qazaxıstan və Belarus ərazilərindəki nüvə silahlarını könüllü əsasda Rusiyaya təhvil veriblər, yaxud məhv ediblər. Argentina, Braziliya və Cənubi Afrika Respublikası da könüllü əsasda nüvə texnologiyası tədqiqatlarından imtina edərək, “Nüvə silahının yayılmaması barədə müqavilə”yə qoşulublar.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR