İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Konqresi qaçqın limitini 125 000 nəfər təyin etmək niyyəti barədə məlumatlandırıb

575 10.09.2022 04:50 Dünya A A

Prezident Cozef Bayden administrasiyası ABŞ qanunvericilərinə 2023-cü maliyyə ilində (2022-ci il oktyabrın 1-dən başlayır-red) qaçqınların ölkəyə qəbulu üçün kvota 125 000 nəfər müəyyən etmək tövsiyələri ilə hesabat göndərib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Cümə axşamı Dövlət Departamenti, Daxili Təhlükəsizlik Departamenti və Səhiyyə və İnsan Xidmətləri Departamenti Prezidentin hesabatını Nümayəndələr Palatasının və Senatın Məhkəmə Komitələrinə göndərib.

Konqresə göndərilən hesabatda dünyada humanitar böhranların yaratdığı artan ehtiyacları ödəmək üçün 2023-cü maliyyə ili üçün 125 000 nəfər qaçqın qəbulu limiti tövsiyə edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR