İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: “Kiyev döyüşü ukraynalılar üçün tarixi qələbədir”

662 21.04.2022 20:55 Dünya A A

“Kiyev döyüşü ukraynalılar üçün tarixi qələbədir”.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden mətbuat konfransında deyib.

“Bu, azadlığın qələbəsidir. Bu, ABŞ və tərəfdaşlarının güclü dəstəyi ilə ukraynalıların qazandığı qələbədir. Biz indi Rusiyanın təcavüzünə qarşı Ukraynanın özünü müdafiə etməsi üçün yardım paketlərini sürətləndirməliyik. İndi Rusiyanın təcavüzü coğrafi baxımdan məhdud ola bilər, amma qəddarlıq baxımından məhdud deyil.

Bizim daxildəki birliyimiz, eyni zamanda, tərəfdaşlarımızla və Ukrayna xalqı ilə birliyimiz Putinə açıq bir mesaj göndərir ki, o, heç vaxt Ukraynada dominantlıq etməyə və oranı işğal etməyə nail ola bilməyəcək. Bu baş verməyəcək”, - Bayden vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR