Məlum olduğu kimi, G20 sammiti ABŞ-Türkiyə əməkdaşlığı və münasibətləri baxımından xeyli zəngin keçib. Co Baydenlə Rəcəb Tayyib Ərdoğan arasında 1 saatdan artıq davam edən görüşdə regiondakı və Cənubi Qafqazdakı vəziyyət, o cümlədən 3+3 platforması müzakirə olunub. O cümlədən Moskva bu prosesdən narahatdır, tezliklə kommunikasiyaların açılmasına çalışır. Bu gün Rusiya XİN rəhbəri Sergey Lavrovla erməni həmkarı Mirzoyan arasındakı telefon danışığı da prosesi sürətləndirmək üçündür. 9 noyabr görüşü ilə bağlı sual altında qalan əsas məqam Xankəndi məsələsi və Qarabağın erməni əhalisinin vəziyyəti olacaq. Bakı bu mövzuda nə düşünür?
Bu mövzulardakı müzakirələri aparıcı Nərgiz Liftiyevanın təqdimatında TV Müsavatda saat 15.10-da canlı yayımlanan "Müzakirə Masası" verilişində izləyə bilərsiniz.
Qonağımız politoloq Əziz Əlibəylidir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat






