İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Duda və Tusku barışdırır – Polşa liderləri ABŞ-a ayrı-ayrı təyyarələrdə uçacaqlar

540 11.03.2024 14:15 Dünya A A

ABŞ prezidenti Cozef Bayden martın 12-də bir-biri ilə münaqişədə olan polşalı qonaqları - prezident Anjey Duda və baş nazir Donald Tusku qəbul edəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, gündəlikdə NATO-dakı vəziyyət, onun genişlənməsi planları və Ukraynanın gələcək üzvlüyü var. Həmçinin enerji təhlükəsizliyi, hərbi əməkdaşlıq və Amerika silahlarının alınması sahəsində ikitərəfli strateji tərəfdaşlıqdan danışılacaq. İyulda Vaşinqtonda keçiriləcək NATO sammitində fəaliyyətlərin əlaqələndirilməsi ilə bağlı məsləhətləşmələr də aparılacaq.

Qarşıdan gələn görüşün protokolu və əsas iştirakçıların tərkibi təəccüblüdür: masa arxasında bir tərəfdən Bayden, digər tərəfdən isə onun namizədi Duda və hökumətin yeni başçısı Tusk oturacaq.

Bildirilir ki, Vaşinqton iki ölkə arasında münasibətlərin Polşanın daxili vəziyyətindən asılı olmadığını nümayiş etdirmək istəyir. Bayden Polşanı öz yaxın müttəfiq kimi tanımaqla yanaşı, Tuskun rəsmən baş nazir olduqdan sonra əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirib.

“Dziennik Gazeta Prawna” nəşrinin məlumatına görə, birgə səfərin təşəbbüskarı ABŞ-ın Polşadakı səfiri Mark Bjezinskidir.

Xaricə uçmazdan əvvəl Duda Milli Təhlükəsizlik Şurasını toplayıb. İclasa bütün siyasi qüvvələrin nümayəndələri dəvət olunub. Bu, o mənaya gəlib ki, Polşa təhlükəsizlik məsələlərində vahid mövqedən çıxış edir. Duda sosial şəbəkələrdə qeyd edib ki, ölkəni kimin idarə etməsindən asılı olmayaraq, NATO tərəfdaşlığı güclü olacaq.

Duda və Tusk ayrı-ayrı təyyarələrlə Vaşinqtona uçacaqlar. Tusk üçün ABŞ-a səfər onun yeni baş nazir təyin olunmasından sonra ilk səfər olacaq. Duda Baydenlə 2023-cü ilin fevralında Varşavada görüşüb. Xarici işlər naziri Radoslav Sikorskinin müşayiəti ilə baş tutacaq Bayden-Tusk ilə görüşünün təxminən bir saat davam edəcəyi, bundan sonra baş nazirin Polşaya dönəcəyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR