İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: "ABŞ Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir"

452 01.06.2022 13:30 Dünya A A

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir.

"Report" xəbər verir ki, bu, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda qeyd olunub.

"Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir" - C.Bayden vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR