İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bavariya"nın oyununu izlədikdən sonra..." - Qvardiola

679 25.02.2021 10:53 İdman A A

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında Münhenqladbax "Borussiya"sına 2:0 hesabı ilə qalib gəldikləri ilk matçı şərh edib.

Qol.az xəbər verir ki, o, yaxşı oynadıqlarını bildirib: "Oyunu idarə etdik və rəqibə sonda şans verdik. Təəssüf ki, şansların reallaşması ən yaxşı deyildi, xüsusən qapıçı ilə təkbətək qalarkən. Bunu təkmilləşdirilməliyik. Bu turnir mükəmməl olmalı olduğumuz yerdir".

Qvardiola Çempionlar Liqasını qazanmaq üçün favorit olub-olmadıqları ilə bağlı sualı belə cavablandırıb: "Ötən gün "Bavariya"nın "Latsio" ilə matçını izlədikdən sonra Çempionlar Liqasında favorit olduğumuzu düşünmürəm. Ancaq insanlar sizi favorit göstərirsə, bunu qəbul etməlisiniz. Amma komanda tarixində bir dəfə yarımfinala yüksəlib".

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR