İnsanlara hürriyət, millətlərə istiqlal!

Batumi çimərliklərində yayılmış rotavirus və astrovirusun Azərbaycan üçün təhlükəsi varmı?

1300 13.08.2018 22:52 Ölkə A A

Son günlər Gürcüstanın Batumi şəhərində - Qara dənizin sahilindəki çimərliklərə gedən insanlar arasında bağırsaq infeksiyaları - rotavirus və astrovirusa yoluxma hallarının olması barədə məlumatlar yayılır.

Musavat.com Trend-ə istinadən bildirir ki, verilən məlumatlara görə, son günlərdə bu şikayətlə Gürcüstan xəstəxanalarına müraciət edənlərin sayı xeyli çoxalıb.

Azərbaycanlıların da yay aylarında daha çox səfər etdiyi Batumidə yayılan virusun ölkəmizə təhlükəsi ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib ki, Azərbaycanda bir neçə il əvvəl astrovirusa yoluxma aşkarlansa da, hazırda ölkədə bu virusla xəstələnmə halları yoxdur.

A.Əliyevanın sözlərinə görə, ümumilikdə ölkədə bağırsaq infeksiyalarına yoluxma halları azalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR