İnsanlara hürriyət, millətlərə istiqlal!

Batan gəminin azərbaycanlı matrosunun qardaşı: "İmaməddinlə hələ əlaqə yarada bilməmişik"

1126 02.04.2015 17:01 Son xəbər A A
“Qardaşımın xilas olunmasından xəbərim var, amma onunla əlaqə saxlaya bilməmişik”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Oxot dənizində qəzaya uğrayan gəmidə matros işləyən İmaməddin Sadıqovun qardaşı Mirzə Sadıqov deyib. O bildirib ki, qardaşı İmadəddin Saxalində yaşayır:
 
“İmaməddin həmin gəmidə matros kimi çalışırdı. Gəminin batması ilə bağlı xəbər aldıq. Bizə qardaşımın adının xilas edilənlərin siyahısında olduğunu deyiblər. Lakin onun özü ilə əlaqə saxlaya bilməmişik”.
 
Qeyd edək ki, ilkin məlumata əsasən gəmidə olanlardan 63 nəfəri xilas edilib. Gəminin heyət üzvləri arasında 7 nəfər azərbaycanlı olub. Onlardan artıq 4 nəfər xilas edilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR