Batan gəmidəki 700 miqrantdan 49-u xilas edildi
Son zamanlar artan gəmi faciələrinə biri də əlavə olunub.
Musavat.com-un məlumatına görə, bu gün səhər saatlarında Aralıq dənizində daha bir gəmi batıb. Qaçaq mühacirləri daşıyan gəmi Liviya yaxınlarında sulara qərq olub.
Hadisə nəticəsində 700 nəfərin öldüyü ehtimal edilir.
Qeyd edək ki, bu ilin əvvəlindən bu yana 900-dən çox mühacir avropaya getmək istəyərkən Aralıq dənizində boğulub.
İtaliya sahil təhlükəsizliyi dərhal xilasetmə işlərinə başlayıb. İlkin məlumata əsasən 49 nəfər artıq xilas edilib, 24 nəfərin isə cəsədi tapılıb. Gəminin Liviya sahilindən 96 km, İtaliya sahilindən isə 193 km məsafədə batdığı qeyd edilib. Mühacirlərin milliyyəti haqqında məlumat verilməyib.
Gülnar






