İnsanlara hürriyət, millətlərə istiqlal!

Başqa ölkəyə köçmək istəyənlərə dair sorğu - Hindistan 4 , Syerra-Leone - 84 faiz

508 25.03.2023 15:20 Dünya A A

 

Gallup International-ın beynəlxalq sorğusuna əsasən, qazaxıstanlı respondentlərin təxminən 70%-i öz ölkəsində qalmaq niyyətindədir.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, 2022-ci ilin payızında aparılan araşdırma çərçivəsində 57 ölkədə 54 mindən çox respondentlə müsahibə aparılıb. Qazaxıstan üzrə operator BISAM Central Asia Sosioloji və Marketinq Araşdırmaları Mərkəzi olub.

Qazaxıstanlıların öz ölkələrinə bağlılığı bütövlükdə sorğu edilən ölkələrlə müqayisədə nəzərəçarpacaq dərəcədə güclüdür. Dünyada respondentlərin yalnız 59%-i indi yaşadıqları yerdə yaşamaq istəyir, 36%-i isə hazırkı yaşadığı ölkəni tərk etmək arzusundadır.

Respondentlərin əksəriyyəti Syerra-Leoneni (84%), Qananı (81%), Nigeriyanı (71%) tərk etmək istəyir.

Bəxtlərini sınamaq arzusunu Avropa İttifaqı dövlətlərinin əhəmiyyətli hissəsinin sakinləri ifadə ediblər. Respondentlərin 46%-i Macarıstan, 44%-i Slovakiya, 40%-i Yunanıstan, 38%-i Rumıniya, 37%-i Polşa və İtaliyadan, 36%-i Böyük Britaniya və İrlandiyadan başqa bir ölkədə yaşamaq istəyir. Ümumiyyətlə, əksər Avropa ölkələrində, eləcə də ABŞ və Kanadada başqa ölkəyə köçmək istəyənlərin göstəricisi respondentlərin üçdə birindən çoxdur.

Hindistanlıların cəmi 4 faizi başqa ölkəyə köçməyə üstünlük verir. Bu göstərici Vyetnamda 8, Yaponiyada 14 faizdir.

Beynəlxalq sorğunun nəticələrinə görə, Rusiya miqrasiya əhval-ruhiyyəsinin ən aşağı səviyyədə olduğu ilk üç ölkə ilə sıx qonşudur. Rusiyalı respondentlərin yalnız 15%-i başqa ölkəyə köçmək istəyir, 65%-i isə belə bir qərarı rədd edir. Bununla belə, Rusiya Federasiyasında respondentlərin 20%-i öz mövqeyini dəqiqləşdirməyib.

Təəssüf ki, xəbərin götürüldüyü qaynaqda Azərbaycana dair məlumat olmadığından nə qədər vətəndaşımızın xarici ölkəyə köçmək arzusundan olduğunu dəqiqləşdirmək mümkün olmadı.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR