İnsanlara hürriyət, millətlərə istiqlal!

Başıpozuq erməni hərbçilər sülhməramlılara problemlər yaradır - Kəlbəcərin təhvilini yubadan daha bir səbəb...

11010 16.11.2020 01:22 Gündəm A A

10 noyabr bəyanatına uyğun olaraq Kəlbəcərin Azərbaycana təhvil verilməsi üçün nəzərdə tutulan müddət 15 noyabrdan 25 noyabradək uzadılıb.

Bunun səbəbi barədə rəsmi açıqlama verildi ki, 5 gün ərzində Ermənistanın hərbi birləşmələrinin çıxarılması relyef, hava şəraiti, köçürülmə üçün cəmi bir yol olması, habelə Ağdamdakı hissələrin də eyni marşrutla danışması səbəbindən mümkün olmayıb.

Və Ermənistanın müraciəti əsasında Rusiya Prezidenti Vladimir Putin Azərbaycandan Kəlbəcərin qaytarılması üçün müddətin əlavə 10 gün uzadılması üçün xahiş edib.

Kəlbəcərin boşaldılmasına niyə 10 gün vaxt verildi? - SƏBƏBLƏR

Təbii ki, Azərbaycan diplomatik etikanı, himanizm prinsiplərini daim gözləyir, bütün ərazilərin qaytarılması üçün yekun tarixin 1 dekabr olmasını da nəzərə alaraq, Putinin xahişini qəbul edib. Əlbəttə, həm də indiki dönəmdə biz üzərimizə əlavə hücumlar üçün bəhanələr də verə bilməzdik. Bütün hallarda 10 gün əlavə möhlət üçün RF prezidentinin xahişinin nəzərə alınması tam doğru addımdır.

Şübhəsiz, məlum müqavilə imzalananda Paşinyan öhdəlik götürüb ki, Kəlbəcəri 5 günə təhvil verəcəklər. Yoxsa ölçü-biçisiz bu qərar imzalanmazdı.

Elə isə suallar da yaranır ki, Kəlbəcərdə yubanmada süni əngəllər ola bilərmi.

Bununla bağlı ilkin təhlillər, proqnozlar vardı, hələlik rəsmi təsdiqi olmayan informasiyalar da gəlməyə başlayıb: Artıq Rusiyanın teleqram kanalları da yazır ki, bəzi başıpozuq erməni hərbi birləşmələri 3 rayonu tərk etməmək üçün sülhməramlılara müqavimət göstərməyə başlayıblar, hətta onlara atəş açdıqları da iddia olunur.

İddialara görə, Kəlbəcər və Laçın meşələrində, qismən Ağdamda xeyli başıpozuq erməni diversiya qrupları gizlənir. Onlar Paşinyana, Ermənistanın mərkəzi hərbi komandanlığına tabe olmayacaqlarını deyirlər. Özlərini terrorçu kimi aparan bu lokal qruplar elə zənn edirlər ki, bu əməlləri ilə Azərbaycanı təxribata çəkə biləcəklər.

Ancaq anlamırlar ki, qarşılarındakı Rusiya sülhməramlısıdır və altında Azərbaycan Prezidenti İlham Əliyevin və Putinin imzası olan sənədin icrasından imtina heç cür mümkün deyil.

Lakin hələlik onlar hesab edir ki, bu davranışları ilə Ermənistanı daha da çıxılmaz duruma salırlar, ən azı Paşinyanı istefaya göndərə bilərlər. Məsələ ondadır ki, bu dəstələr Paşinyandan qisasçı olan siyasi qüvvələrdən təlimat alır...

Özlərinə "Smertnik" adı verən bəzi dəstələrin hətta 2-3 keşişi də yanlarına alaraq, Kəlbəcərdə kilsəyə girdikləri, "burada öləcəyik" kimi şüarlarla sülhməramlılara müaqavimət göstərdiklərini də bəzi rus və erməni mənbələri yaymaqdadır.

Kəlbəcər rayonunun əsir abidələri

Proqnoz həm də budur ki, məlum durumda çıxılmaz vəziyyətə düşən Paşinyan "onlar məni eşitmir, tabe olmur" kimi yazıq görkəmdə Putindən kömək istəyib və nəticədə bu təxribatçı dəstələrin Qarabağdan qovulması üçün əlavə vaxt lazım olub.

Belə görünür ki, bu işin də məsuliyyətini Rusiya üzərinə götürməyə məcbur qalıb.

Bu baxımdan ehtimal olunur ki, 10 gün əlavə möhlət həm də o başıpozuq dəstələrin Kəlbəcərdən çıxarılmasını təmin etmək üçün nəzərdə tutula bilər...

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR