İnsanlara hürriyət, millətlərə istiqlal!

Başını itirmiş Ermənistan Avropaya da “müharibə” elan edir...

3870 18.10.2020 18:22 Gündəm A A

 

İki gün öncə Ermənistanın cinayətkar ordusu növbəti hərbi cinayət törədərək, Gəncəyə raket atdı. Bu terror hadisəsi zamanı 14 nəfər mülki əhali həlak oldu, 50-dən çox insan yaralandı.

1602493888887_BqyTnUKH.jpeg (388 KB)

Bundan əvvəl ermənilər iki dəfə Gəncəni bombalamışdılar və çoxsaylı insan tələfatı baş vermişdi.

Azərbaycan bu hərbi cinayətlərlə bağlı bütün dünyanı məlumatlandırıb. Qərəzli olmayan bütün təşkilat və ölkələr bu terroru qinayıb və ermənilərin bu kimi hadisələri dayandırmağı tələb ediblər.

Gəncə terroru ilə bağlı Avropa Birliyi də “Gəncə şəhərinə raket hücumu ilə bağlı” bəyanat yaydı. Bəyanatda deyilirdi: “Avropa Birliyi 16-17 oktyabr tarixlərində mülki insan tələfatı və ağır yaralanma ilə nəticələnən Azərbaycanın Gəncə şəhərinə endirilən zərbələrdən təəssüflənir. Hər hansı bir tərəfin mülki və mülki obyektləri hədəf alması dayandırılmalıdır”.

avropa.jpg (79 KB)


Ermənistan o qədər başını itirib ki, hətta ondan terroru dayandırmaq barədə edilən tələblərə aqressiv reaksiya verməyə başlayıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlama yayaraq, AB-ni ittiham edir ki, niyə bəyanatda açıqlamada ““Gəncə şəhərinə raket hücumu ilə bağlı” ifadəsi işlənib.

Anormallığın son həddidir: Gözü olan hər kəs görür və hadisənin də adı belədir ki, Ermənistan Gəncəyə raket atıb, terror törədib. Bunu başqa necə adlndırmaq olar? Ermənistan belə hesab edir ki, dünya da onların cinayətlərini gizlətməkdə yardımçı olmalıdır. Həyasızlığın son həddi...
Heyrətamiz olan həm də odur ki, Ermənistan XİN-in sözçüsü Avropa Birliyindən tələb edir ki, onlar Azərbaycanın da Xankəndində, digər ərazilərdə mülki ermənilərə atəş açdığına dair açıqlama versin, onların bunu etməməsi Azərbaycan ordusu üçün yaşıl işıqdır və s. Axı belə bir hadisə olmayıb! Azərbaycan yalnız atəş nöqtələrini susdurur, hərbi obyektləri məhv edir, müki əhaliyə heç bir halda atəş açmır. Bunu bütün dünya görür, izləyir. Əgər indiyədək Azərbaycan mülki əhalini vursaydı, beynəlxalq təşkilatlar gündə iki bəyanat yayırdı...
Ancaq Azərbaycan yalnız öz torpaqlarını işğaldan azad edir, mülki əhaliyə atəş də açmır.

Nəzərə çatdıraq ki, Ermənistan bu cür anormal iddialar üzrə fəallığını artırıb. Bu gün Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan da haray salmışdı ki, guya Azərbaycan Ağdərədə hospitalı vurub. Bu tamamilə yalan idi, Azərbaycan yalnız o ərazidə atəş nöqtəsi olan hərbi-strateji obyekti vurmuşdu.

Ağdərədə dağıdılan hərbi obyekti "Azərbaycan ordusu hospitalı vurdu" kimi dünyaya sırımaq istəyirdilər.

Məsələ isə əslində belədir ki, ermənilər qəsdən hərbi obyektin yanında hosptital tikilər, üzərində də heç bir humanitar nişan yoxdur. Azərbaycan isə oranı deyil, məhz atəş nöqtəsi olan hərbi bazanı vurub. Bununla bağlı aşağıdakı suallar da var:

1. Partladılan Ermənistan SQ-yə aid yanacaq-sürtkü anbarı Azərbaycan torpağı olan Ağdərədə niyə salınmışdı?
2. Şəkillərdən də görünür ki, hospital sağ-salamatdır. Azərbaycan Artilleriyasının zərbələri nöqtə qədər dəqiqdir. Biz mülki-tibbi obyektləri hədəfə almamışıq.

122037433_4972785156065266_6706548966577950563_n.jpg (24 KB)
3. Niyə Hospitalın üzərində Qırmızı Xaçın işarəsi vurulmayıb? Bu adi və olduqca sadə hərbi vəziyyət qaydasıdır. Belə obyektlər mütləq digər obyektlərdən fərqlənməlidir.
4. Və nəhayət...Hospitalı yanacaq-sürtkü anbarının yaxınlığında salmaqda məqsəd nə idi? Axı bu beynəlxalq konvensiyalara və hərb qanunlarına ziddir.

Bu məsələnin bir tərəfidir ki, bütün istiqamətlərdə - həm cəbhədə, həm də diplomatiyada darmadağın olan Ermənistan indi ancaq şərçilik üzərində “siyasət” qurur. Ki, guya Azərbaycan mülki erməniləri qırır. Belə bir fakt isə yoxdur. Ancaq Ermənistanın sentyabrın 27-dən bugünədək Azərbaycanın 60-dan çox mülki vətəndaşını öldürdüyünü bütün dünya bilir...

Birdən birə Ermənistanın Avropa Birliyinə hücuma keçməsi isə daha ciddi mətləblərdən xəbər verir. Ermənistan elə hesab edirdi ki, haqsız, işğalçı olmasına rəğmən Azərbaycan öz torpaqlarını azad etməyə - hərbi əməliyyatlara başlasa, beynəlxalq aləmdən, hansısa güclərdən dəstək alacaq. Fikirləri 90-cı illərə getmişdi...

Ancaq gördülər ki, Azərbaycan dünya ilə çox gözəl münasibətlər qurub, hətta Rusiya da artıq Ermənistanı dəstəkləmir. Ona görə də artıq xaotik şəkildə hər kəslə “müharibəyə” başlayıblar. Baxmayaraq ki, Paşinyan və onun komandası Soros uşaqlarıdır, ancaq Qərbdən, Avropadan da dəstək almırlar. Çünki Azərbaycan diplomatik cəbhədə çox uğurlu taktika, siyasət aparır, hər kəsə də haqq işimizə mane ola bilməyəcəklərini anladıblar. İndi Paşinyan, bütövlükdə Ermənistan dövləti çox ağır bir situasiyaya düşüb: Rusiyadan üz çevirib Sorosun cibində Avropaya gedirdilər, ancaq indi məlum olur ki, Avropa işğalçı ölkəyə qətiyyən qucaq açmır! Bu durumda isə xalq hökumətə qarşı qyama hazırlaşır. Paşinyan hökuməti nə edəcəyini artıq bilmir, quduz xisləti üzrə son nəfəsində hər kəsə bir caynaq atır, günahını görmək istəmir...

Ermənistan anlamaq istəmirdi ki, işğalçılıq siyasətindən əl çəkməsə, bir dövlət kimi ortalarda qalıb, sonunu gətirəcək. Artıq bunu yaşayır...

Elşad MƏMMƏDLİ

"Yeni Müsavat"

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR