İnsanlara hürriyət, millətlərə istiqlal!

“Başına töküləcək daş yağışı altında qalıb məhv olacaq” - Akif Nağı

809 15.07.2022 14:44 Region A A

“Toivo Klaarın regiona yeni səfəri ümumiyyətlə, səfərlərin intensivləşməsi Avropa İttifaqının regionda münasibətlərin nizamlanması prosesində çox maraqlı olduğunu, geri çəkilmək istəmədiyini göstərir”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu fikirləri Musavat.com-a Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın İrəvan, daha sonra Bakıya səfəri barədə danışarkən söylədi.

A.Nağı bildirdi ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra Avropa İttifaqı da daxil xarici mərkəzlər Ermənistanı məğlub durumdan çıxarmağa, Azərbaycana təzyiq etməyə, ciddi- cəhdlə status məsələsini gündəmə gətirməyə çalışırdılar: “Amma Azərbaycan rəhbərliyinin haqlı və təkidli mövqeyi ilə üzləşdikdən sonra geri çəkilməli, optimal variantlar axtarmağa məcbur oldular. İndi belə görünür ki, Avropa İttifaqı Şarl Mişellə başlayan proseslə Ermənistanı mövcud reallıqla barışmağa razı salmağa çalışır. Onların istədikləri regionda sabitlik və stabilliyin bərqərar olması, eyni zamanda Rusiyanın mövqelərinin zəifləməsi və təsir imkanlarının heçə enməsidir. Bunun üçün isə Ermənistan Rusiyanın “ətəyindən əlini üzməli”, öz “ətəyindəki daşları da yerə tökməlidir”. Yoxsa başına töküləcək daş yağışı altında qalıb məhv olacaq”.

QAT rəhbəri qeyd etdi ki, Avropa İttifaqı üzdə Rusiyanın iştirakı ilə əldə olunmuş 10 noyabr razılaşmasının da əleyhinə olmadığını göstərir, amma razılaşmaların onun özünün himayəsi altında, Rusiyanın ciddi rolu olmadan həyata keçirilməsinə nail olmağa çalışır: “Rəsmi İrəvan təəssüf ki , hələ də reallıqla hesablaşmaq istəmir, baş nazir Paşinyan, xarici işlər naziri Mirzoyan və digərləri dolaşıq və bir-birinə zidd açıqlamalarla çıxış edirlər. Klaarın İrəvana son səfəri zamanı onlar yenidən Azərbaycanı guya sülhə mane olmaqda ittiham etdilər, Mirzoyan isə Yunanıstana səfəri çərçivəsində növbəti dəfə sayaqlayaraq Azərbaycanı “qaniçənlik”də günahlandırmğa cəhd göstərdi. Həyasızlığın dərəcəsinə baxın ki, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan, tarixdə görünməmiş vəhşiliklər, qətliamlar, soyqırımlar törədən tərəf bu cür iddialarla çıxış edir. Deməli, hələ ağılları başlarına tam gəlməyib, onlara dəyən yumruqdan bunlar ya ağıllanmalı, ya da ölməli idilər. Yəqin ikinci zərbəyə ehtiyac olacaq”.

A.Nağı bildirdi ki, T.Klaarın Azəbaycan səfəri də böyük ehtimalla ermənilərin ağıllanması üçün tədbirlərin görülməsi məqsədinə xidmət edir: “Azərbaycan səbirlə “dəlinin ağıllanması”nı gözləyir, amma vaxtın uzadılması da yolverilməzdir”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR