İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞBUĞDAN HÖKUMƏTƏ SƏRT ATMACA

1460 07.11.2008 08:26 Dünya A A
“Akşam”  qəzetinin yazdığına görə, baş nazir və hökumət üzvləri komandos məktəbində təlimləri izləyiblər, daha sonra komandoslar G3 snayper tüfəngi ilə sərrast atəş məharətlərini göstəriblər. Bu zaman baş nazirin müavini, hökumət sözçüsü Cəmil Çiçək yerə atılan iki boş gilizi əlinə götürüb və onu xatirə kimi evində saxlayacağını deyib. General Başbuğ isə ona zarafatla belə deyib: “Aman, bərk gizlət, yoxsa ”Ergenekon"a görə içəri girərsən" . Ordu komandanının bu sözləri baş nazir və hökumət üzvlərini möhkəm pərt edib, lakin onlar bunu büruzə verməməyə çalışıblar. Bildirilir ki, Başbuğ bu atmaca ilə aralarında yüksək rütbəli generallar da olan və hökumətə qarşı çıxan bir çox nüfuzlu şəxslərin həbs edildiyi “Ergenekon”  işinin qurama olduğuna işarə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR