İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş rol ifaçılarının qatılmadığı 130 minlik filmin təqdimatından FOTOLAR

1310 12.05.2017 17:07 Şou-biznes A A

Ötən gün Nizami Kino Mərkəzində "Brat Li" komediya filminin təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, rəqqasə Oksana Rəsulova ilə aktyor İlkin Misgərlinin rol aldığı ekran işinin nümayişinə şou-biznesin tanınmış simaları qatılsa da, baş rol ifaçıları gecədə iştirak etməyib.

Oksana Rəsulova Hindistandan, Məlahət Abbasova isə Türkiyədən göndərdiyi video-çarx vasitəsiylə film haqqında təəssüratlarını bölüşüblər. İlkin Misgərlinin isə təqdimata gəlməməsinin səbəbi açıqlanmayıb. Filmin büdcəsinin isə 130 min manat olduğu bildirilib.

Qeyd edək ki, İlkin Misgərli, Abbas Əlizadə, Məlahət Abbasova, Oksana Rəsulova, Rüfət Nazar, Sabir Məmmədov, Təvəkkül Əliyev, Oktay Kamil, Delya Fərəcullayeva, Fuad Mədətov, Nofəl Şahlaroğlu və başqalarının rol aldığı filmin baş prodüseri Sərvan Allahverdiyev, rejissoru isə Nicat Rzazadədir.

Könül İbrahim,
Musavat.com,
Fotolar Məhəmməd Türkmənindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR