Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Turan-a bildirb ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında aparılan yoxlama ilə bağlı açılmış cinayət işi üzrə istintaqın yekunlaşması və cinayət işinin Baş Prokurorluğa təqdim olunması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Hazırda həmin iş üzrə istintaq Vergilər Nazirliyində davam etdirilir.
Qeyd edək ki, bir sıra yerli KİV-lərdə kinorejissor Rüstəm İbrahimbəyovun həbs təhlükəsinin real olduğu, Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında aparılan yoxlama ilə bağlı açılmış cinayət işi üzrə araşdırmaların başa çatdırıldığı və Baş Prokurorluğa təqdim olunduğu barədə məlumatlar yayılıb.






